+
-
12.03.2018
12.03.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

2018-ci ilin 10 mart tarixində 2 halda Azərbaycan Respub­likasının ərazisinə narkotik vasitələrin qaçaqmal yolu ilə qanunsuz keçirilməsinin qarşısı alınmışdır. Belə ki:

-      Lənkəran sərhəd dəstəsinin Astara rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azər­baycan Respublikası istiqamətində dövlət sərhədini pozan 2 nəfər şəxsin qarşısı alınmış, sərhəd pozucuları qanunsuz yolla dövlət sərhədindən keçirmək istədikləri qaçaqmalı ataraq hava­nın qaranlıq və ərazinin sıx meşəlik olmasından istifadə etməklə geriyə qaçmışlar. Hadisə yerinə baxış zamanı sərhəd pozucu­larına məxsus 535 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür.

-      Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçı gəmisi tərəfindən Astara rayonunun Şahağacı kəndi istiqamə­tin­də Azərbaycan Respublikasının sərhəd sularında rejimə nəzarət həyata keçilərkən su səthində kustar üsulla hazırlanmış buy, buya bağlanılmış kisədə isə 2200 qram narkotik vasitə olan heroin aşkar oluna­raq dövriyyədən çıxarılmışdır.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw