+
-
30.01.2018
30.01.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitə­lərin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Yanvar ayının 18-də dövlət sərhədinin mühafizəsi tapşırıqlarını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin sərhəd gö­zətçi gəmisi tərəfindən Xəzər dənizində Astara rayonu isti­qamə­tində sa­hildən 7,4 mil məsafədə su səthində kustar üsulla düzəldilmiş buy (işarəverici üzücü nişan) mü­şa­hidə olunmuş, buya baxış zamanı 1 ədəd bağlamada 980 qram ma­rixu­ana, 1415 qram həşiş aşkar olun­muşdur.

Yanvar ayının 26-da daxil olmuş əməliyyat məlumatı əsasında yenə də həmin istiqamətdə sahildən 6,6 mil məsafədə buya bağlan­mış vəziyyətdə qəhvəyi rəngli kisədə salafan materiala bükülmüş 2 ədəd bağlama aşkar olunmuşdur. Baxış zamanı bağlamalarda 2,9 kq tiryək, 550 qram heroin və 100 qram metafitamin aşkar olunmuşdur.  

Yanvar ayının 27-də qabaqlayıcı əməliyyat məlumatının realizəsi nəticəsində “Şaxtaxtı” sərhəd nəza­rəti məntəqəsində İran İslam Res­pub­li­kasının saxta vizaları ilə Azər­bay­candan İrana keçmək istəyən 7 nəfər Özbəkistan vətəndaşı – 1988-ci il təvəllüdlü Olimova Maqsuda Aydınovna, 1972-ci il təvəllüdlü Mukimova Şaxlo Tolhunova, 1987-ci il təvəllüdlü Saidjanova Nigora Arifovna, 1993-cü il təvəllüdlü Baltayev Olimjan Kominjan, 1993-cü il təvəllüdlü Sanginova Maxiqexraon Muxiddinjon, 1990-cı il təvəllüdlü Axmedova Şaxnozahon Raçiddek saxlanılmış və Dövlət Miqrasiya Xidmətinə təhvil verilmişdir.   

Faktlar üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw