+
-
27.11.2017
27.11.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitə­lərin qaçaqmal yolu ilə ölkə ərazisinə gətiril­məsinin qarşısı alınmışdır.

2017-ci ilin noyabr ayının 24-də Astara rayonunun Oruc­məhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respub­likasından Azərbaycan Res­publikası istiqamətində dövlət sərhə­dinin pozulmasına cəhd edilmişdir. Sərhədçilərin sayıqlığı nəticəsində dövlət sərhədinin pozul­masının qarşısı alınmış, hadisə ye­rindən qaçmağa cəhd edən 2 nəfər sərhəd pozucusu yaxalan­mış­dır.

İran İslam Respublikasının vətəndaşları olan sərhəd pozucula­rının - 1972-ci il təvəllüdlü Sasanian Vəhdət Qasım oğlunun və 1973-cü il təvəllüdlü Qəvipur Xotpesara Fərəc oğlunun üzərindən 2 kq 355 qram heroin, 3 kq 10 qram tiryək, 355 qram “Metamfetamin” və 993 ədəd psixotrop dərman preparatı olan “Metadon” həbi aşkar olun­muşdur.

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw