+
-
20.11.2017
20.11.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir.

17 noyabr 2017-ci tarixdə DSX Sahil Mü­hafizəsinin “Piral­lahı” sahil nəzarəti məntəqəsinin əməkdaşları tə­rə­­findən xidməti əra­ziyə baxış keçirilərkən “PR-1960” bort nöm­rəli balıqçı qayı­ğı­nın yanalma körpüsündə olmaması aşkar edilmişdir.

Hava şəraitinin kəskin dəyişəcəyi nəzərə alınaraq, həmin qa­yıq­da dənizə çıxmış balıqçıların xilas edilməsi üçün təxirəsalın­maz tədbirlər görülmüş, balıqçı qayığının gecə saatlarında Çi­lov adasının qərb reydində köhnə dirəyə çırpılması müəyyən olun­muş­dur.

Axtarış-xilasetmə tədbirləri nəticəsində icazəsiz olaraq dəni­zə çı­xmış balıqçılar - Pirallahı rayon sakin­lə­ri Qurbanov Arif Umud oğlu və Mə­likov Ramiz Tofikoviç suda olan dirəyin üzə­ri­ndə aşkar olunmuş və 18 noyabr 2017-ci ildə saat 13:20 radələrində xilas edilərək sahilə təxliyyə olun­muş­lar.

DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən də­nizdə yarıbatmış vəziyyətdə olan “PR-1960” bort nöm­rəli balıq­çı qayığı da aşkarlanaraq sahilə çıxarılmışdır.

    

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw