+
-
19.08.2017
19.08.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətində Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümü ilə əlaqədar təntənəli tədbirlər davam etdirilir. Bütün hərbi hissə və bölmələrdə keçi­rilən mədəni-kütləvi təd­birlərdə, elmi-prak­tiki seminarlarda, görüş­lərdə sər­­­hədçi veteranlar, elm və incəsənət xadimləri, yerli icra hakimiyyəti orqanlarının və ictimaiy­yətin çoxsaylı nü­mayəndələri iştirak edirlər. Bayram tədbirlərində müstəqil Azərbay­can dövlətinin banisi, Dövlət Sərhəd Xidmətinin yaradıcısı, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri xüsusi minnətdarlıq hissi ilə qeyd olunur.

Belə bayram tədbirlərindən biri də 18 avqust 2017-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilmişdir. Dövlət Himninin səslənməsi ilə başlayan mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin bayram təbriki tədbir iştirakçılarına çatdırılmışdır.

Bayram tədbirində dövlətimizin müstəqilliyini əbədi və dönməz edən Ulu Öndər Heydər Əliyevin sərhədçilərin peşə bayramı gününün təsis edilməsi barədə 16 avqust 2000-ci il tarixli fərmanının tarixi əhəmiy­yətindən, Ulu Öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respub­likasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində Dövlət Sərhəd Xidmətinin inkişaf edərək dövlət sərhədlərimizi ən yüksək standartlar səviyyəsində qorumağa qadir olan bir quruma çevrilməsindən qürurla danışılmışdır.       

31 avqust 2009-cu il tarixdə açılışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iştirak etdiyi «Sərhədçi» İdman Olimpiya Mərkəzinin respubli­kamızın idman həyatında mühüm rol oynaması, sərhədçi idmançıların son illərdə beynəlxalq və yerli yarışlarda 539 qızıl, 311 gümüş, 620 bürünc medal qazanması xüsusi qeyd edilmişdir.

Tədbir iştirakçıları «Sərhədçi» İdman Olimpiya Mərkəzinin idmançılarının bədii gimnastika, idman gimnastikası, akrobatika, karate, güləş, sambo və idmanın digər növləri üzrə nümunəvi çıxışlarını böyük maraqla izləmişlər.  

Tədbirdə xidmət zamanı yüksək nəticələr əldə etmiş sərhədçi idmançılar mükafatlandırılmışlar. Bayram tədbiri Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin konsert proqramı ilə başa çatmışdır. 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw