+
-
05.07.2017
05.07.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik və psixotrop vasitələrin qanunsuz döv­riy­yəsinin, qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliy­yətlərini uğurla davam etdirirlər.

Dövlət sərhədlərimizi etibarlı mühafizə edən sərhədçilər yük­sək peşəkarlıq nümayiş etdirərək növbəti dəfə dövlət sərhədinin pozul­masının və külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısını  almışlar. Belə ki, 05.07.2017-ci il tarixdə saat 01:00 radələrində Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmuş bir nəfər sərhəd pozucusu aşkar edilmişdir. Təqib olunan sərhəd pozucusu sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq geriyə qaçmağa cəhd göstərmişdir. Havanın qaranlıq və ərazinin mürəkkəb relyefi malik olması səbəbindən sərhəd pozucusunun müqabil tərəfə keçməsinin qarşısını almaq məqsədilə sərhəd naryadının Dövlət Sərhədi haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq silah tətbiq etməsi nəticəsində sərhəd pozucusu yaralanmış, ilk tibbi yardımın göstərilməsinə baxmayaraq aldığı güllə yarasından vəfat etmişdir. Sərhəd pozucusunun üzərinə baxış zamanı bir ədəd gecə görmə cihazı və 2 ədəd bağlamada  8 kiloqram 800 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülmüşdür.

Sərhəd pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə və faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

                                                                       

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw