+
-
29.04.2017
29.04.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin  (DGK) sədri gömrük xidməti general-polkovniki Aydın Əliyev tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmətin təşkili yoxlanılmışdır.

Ölkədə keçirilməsi nəzərdə tutulan beynəlxalq irimiqyaslı tədbirlər, o cümlədən “IV İslam Həmrəyliyi Oyunları” və “Formula I” yarışları ərəfə­sin­də, həmçinin“Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 20 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn tapşırıqların icra vəziyyəti müsbət dəyərləndirilmiş, birgə fəaliyyətin daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparılmışdır.

Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərə­cədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin güc­ləndirilməsi ilə yanaşı, dövlət sərhə­din­dən keçən şəxslər, nəqliyyat vasi­tələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair tövsiyələr və konkret tapşırıqlar verilmişdir.

Gələcəkdə bu kimi tədbirlərin digər dövlət sərhədindən buraxılış məntə­qələrində də keçirilməsi nəzərdə tutulmuşdur.

 

     Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw