+
-
28.04.2017
28.04.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibəti ilə aprel ayının 27-də Dövlət Sərhəd Xidmətində anım tədbiri keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın məzarını ziyarət etmiş, önünə tər çiçək dəstələri düzmüşlər.

Mərasimin rəsmi hissəsində çıxış edənlər görkəmli akademik Zərifə xanım Əliyevanın keçdiyi zəngin və mənalı ömür yolundan, tibb elminin inkişafındakı misilsiz xidmətindən danışmışlar. Zərifə xanım Əliyevanın övladları üçün qayğıkeş ana, Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sadiq dostu, silahdaşı, ən ali insani keyfiyyətləri özündə birləşdirən ziyalı, fundamental elmi tədqiqatları ilə oftalmologiyanın inkişafına və dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim olması qeyd edilmişdir.

Zərifə xanım Əliyevanın fitri istedada malik no­va­tor alim, pak və nadir bir insan kimi keçdiyi şərəfli həyat yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mə­nəviyyat dərsi, kamillik, müdriklik məktəbi olduğu, yüksək da­xi­li mədəniyyəti, elmə sədaqəti, gördüyü işlərlə qədirbilən xalqımızın qəl­bində əbədi yaşayacağı xüsusi vurğulanmışdır. 

Tədbirin sonunda "Heydər Əliyev. Əsl məhəbbət haqqında" sənədli filmi nümayiş etdirilmişdir.

 

     Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw