+
-
06.02.2017
06.02.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi gəmiləri, texniki-müşa­hidə və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nə-zarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər.

03 fevral 2017-ci il tarixdə, saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti məntəqəsinə 2 nəfər balıqçının qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən Xəzər dənizində köməksiz qalmaları barədə məlumat daxil olmuşdur.

Qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticə­sində sahildən 5 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkar edilmişdir. Astara rayon Şahağacı kənd sakinləri Quliyev Zaur Balağa oğlu və Həsənov İlqar Əlihəsən oğlu saat 20:30-da xilas edilərək qayıqla birlikdə sahilə çıxarılmışlar.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw