+
-
22.11.2016
22.11.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz döv­riy­­­yəsinə və qaçaqmalçılığa qarşı fəaliy­yətlərini uğurla davam etdirirlər.

19.11.2016-cı il tarixdə saat 17:30 radələrində qabaqlayıcı əməliyyat məlu­ma­­tına əsasən həyata keçirilən tədbirlər nəticəsində Cəlilabad rayonunun Əsədli kənd ərazisindəki sərhəd zastava­sının xidməti sahəsində AZ 10 TM 081 dövlət qeydiyyat nömrəli avtomobildə Göyçay rayon sakinləri Məmmədov Nurlan Sakit oğlu, Sultanov Kəyyam Abduləhəd oğlu, Bakı şəhər sakini Xəlilov Natiq Məmmədismayıl oğlu şübhəli şəxs qismində saxlanılmışlar. Avtomobilə baxış zamanı mühərrik hissəsində gizlədilmiş şəkildə bağlamaya bükülü vəziyyətdə narkotik maddə olan 200 qram tiryək və 20 qram heroin aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

                             

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw