+
-
11.10.2012
11.10.2012 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin sentyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məq­səd­yönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiya­ya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir. 

Ay ərzində dövlət sərhədini pozduqları üçün 34 halda 49 nəfər saxlanılmış, onların 24 nəfəri Azərbaycan Respublikası, 10 nəfəri Gürcüstan, 8 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Res­publikası, 2 nəfəri Mol­dova, hər ölkədən 1 nəfər olmaqla Ukrayna, Qırğızıstan və Pakistan  vətəndaşı ol­muşdur. Sərhəd rejim qayda­larını po­zarkən 1355 halda 1614 nəfər saxlanılaraq barə­lərin­də müvafiq tədbir görülmüşdür.

Cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­bay­can Res­publikası hüquq-mühafizə orqanları tərəfindən axta­rışda olan 197 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil veril­mişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 6 halda 3 kiloqram 323,4 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmış­dır.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçirilmiş tədbirlər nəticəsində 64 halda ümumi dəyəri təq­ribən 308 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnev­ma­tik tapança, tapança üçün 4,5 millimetrlik 500 ədəd qırma, 75 ədəd 16 və 12 millimetrlik patron, 1000 ədəd piston, 1 kiloqram barıt, 1 ədəd müşahidə kamerası, 20 ədəd qısa məsafəli rabitə vasitəsi, 913 ədəd mobil telefon, 699 ədəd mobil telefon aksesuarları, 347 ədəd araq, 6325 qutu siqaret, 40 min ABŞ dolları, 1450 qram gümüş zinət əşyaları, müxtəlif növ dərman preparatları, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanıl­mışdır.

 Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqa­mə­tində tədbirlər davam etdirilir.

f tw