+
-
25.10.2016
25.10.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

23 oktyabr 2016-cı il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana gedən AR vətəndaşı, Ağstafa rayonunun Zəlimxan kənd sakini Mamazadə Kamal Paşa oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-CH-370 nömrəli avtomaşına sərhəd baxışı zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən ümumilikdə 3 219 600 rus rublu Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılmışdır.

Əməliyyat-İstintaq tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw