+
-
16.07.2016
16.07.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin Akademiyasında vətən­pər­vər, Azərbaycan dövlətçiliyinə və Silahlı Qüv­vələrin Ali Baş Koman­danına sadiq, savadı və intizamı ilə se­çilən zabitlərin hazırlanması, dövlət sərhədinin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pe­daqoji potensial və maddi-texniki baza formalaşdırılmışdır.

Son illər ərzində DSX Akademiyası təkcə Azərbaycan sər­həd­lərinin deyil, həm də xa­ri­ci döv­lət­lərin ölkə hüdudlarının müha­fizəsi üçün ixtisaslı mütə­xəs­­sislər hazırlayan beynəlxalq tədris mərkə­zinə çevrilməkdədir. Hazırda bir sıra döv­lətləri­n sərhəd mühafizə qurumları  tərəfin­dən öz hərbi qulluq­çu­larının DSX Akademiyasın­da təhsil alma­larına şərait yara­dıl­ması barədə müraciətlər olunmuşdur və bu istiqamətdə kompleks tədbir­lər planı həyata keçirilir.

İyul ayının 16-da Dövlət Sərhəd Xid­məti Akade­miyasının növbəti məzunlarının təntənəli buraxı­lış mərasimi keçi­rilmişdir. Ənə­nəvi olaraq möhtəşəm və əzəmətli Dövlət Bayrağı Mey­da­nında təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmə­tinin koman­dan­lığı, Bakı qarnizonu hərbi hissələrinin hərbi qul­luqçuları, gənc za­bitlərin valideynləri və ailə üzvləri iştirak etmişlər.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Ko­man­danı ge­neral-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik etmiş, onlara xidmətdə uğurlar arzulamış, tövsiyə və tapşırıqlarını vermiş, Azərbaycanın hər bir sərhədçisi kimi gənc zabitlərin də dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi na­minə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhədçisi adını həmişə uca tutacaqlarına əminliyini bildirmişdir.

Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Sərhəd Müha­fizəsinə ali diqqəti sayəsində əldə olun­muş xidməti nailiyyətlərdən danışan general-polkovnik Elçin Quliyev sərhədçilərin əsas hədəfinin ölkə sərhədlərinin tam şəkildə mühafi­zə altına götürülməsi olduğunu vurğulamış, dövlət bayrağımızın qı­sa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dal­ğa­­lanacağını diqqətə çatdırmışdır.

Bu il akademiyanı bitirən 151 gənc zabitə diplomlar təqdim olunmuş, gənc za­bit­lər “Sərhədçi andı”nı qəbul etmişlər. Tədbirin sonunda zabit­lər və kursantlar təntənəli marşla tribu­nanın önündən keçmişlər.

Mərasimdən sonra gənc zabitlər Dahi Öndər Heydər Əli­yevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər.

 

           Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzi

f tw