+
-
28.08.2012
28.08.2012 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Avqust ayının 27-də Dövlət Sərhəd Xidmətinin Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı Mərkəzində bir qrup sərhədçi Bakı hərbi prokurorluğu tərəfindən mükafatlandırılmışdır.

Bu məqsədlə keçirilən tədbirdə Dövlət Sərhəd Xidmətinin qanunvericiliyin və hüquq qaydalarının möhkəmləndirilməsi və cinayətkarlıqla mübarizə tədbirlərində respublika hərbi prokurorluğuna həmişə lazımi köməklik göstərməsi vurğulanmışdır. Bakı hərbi prokurorluğunda aparılan cinayət işi ilə əlaqədar əldə edilmiş məlumatlar əsasında narkotik vasitələrin və psixatrop maddələrin saxlanılması ehtimal olunan mənzildə avqust ayının 18-də keçirilmiş axtarış tədbirlərində narkotik vasitələrin aşkar edilməsi üzrə ixtisaslaşmış mütəxəssislərdən və xüsusi təlim keçmiş itlərdən istifadə edilməsi üçün Dövlət Sərhəd Xidmətinə müraciət olunmuşdur. Dövlət Sərhəd Xidməti müraciəti operativ qaydada təmin etmiş və Bakı şəhərinin Əmircan qəsəbəsində şəxsi mənzildə keçirilən axtarış nəticəsində narkotik vasitələrə bənzər predmetlər aşkar edilərək götürülmüşdür.

Axtarış tədbirində yüksək peşəkarlıq nümayiş etdirmiş sərhədçi mütəxəssislər Bakı hərbi prokurorluğu tərəfindən mükafatlandırıldıqdan sonra mərkəzdə xidməti itlərin narkotik vasitələrin axtarışı ilə bağlı təlimi nümayiş etdirilmişdir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw