+
-
10.08.2012
10.08.2012 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin iyul ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiya­ya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 67 halda 112 nəfər saxlanılmış, onların 68 nəfəri Azərbaycan Respublikası, 11 nəfəri Əfqa­nıstan, 10 nəfəri Özbə­kistan, 7 nəfəri İran İslam Res­publikası, 7 nəfəri Ni­geriya, 3 nəfəri Mol­dova, 2 nəfəri Türkiyə, 2 nəfəri İsrail, 1 nəfəri Rusiya Federasiyası, 1 nəfəri Çin vətəndaşı ol­muşdur. Sərhəd rejim qaydalarını po­zarkən 7 halda 13 nəfər, Xə­zər dənizində sahilboyu rejim qaydalarını pozarkən 12 halda 31 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.

Cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­bay­can Res­publikası hüquq-mühafizə orqanları tərəfindən axta­rışda olan 202 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil veril­mişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 7 halda 20 kiloqram 165,3 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmış­dır.

10 iyul 2012-ci il tarixdə «Astara» Sərhəd Nəzarəti Mən­təqəsində İrandan Azərbaycana keçmiş, 1977-ci il təvəllüdlü Nobat Niyar Əlinin idarə etdiyi «Reno» markalı İR 21-290 dövlət nömrə nişanlı avtobusa gömrük orqanları ilə birlikdə baxış keçirilərkən yüklərin arasında gizlədilmiş 7 kiloqram 977 qram narkotik vasitə olan həşiş aşkarlanaraq götürülmüşdür.

18 iyul tarixdə Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsi əmək­daşlarının birgə keçirdikləri əməliyyat-axta­rış tədbiri nəti­cə­sində Astara rayonunun Kələdəhnə kəndi ərazi­sindəki sahil nə­za­rəti məntəqəsinin xidməti sahəsində İran İslam Respub­likası isti­qamətindən Azərbaycan Respublikasının dəniz sərhədini poz­muş 3 nəfər İran İslam Res­publikası vətəndaşı saxla­nıl­mışdır. Sax­lanılarkən sərhədçilərin qanuni tələblərinə tabe olmayan sərhəd pozucuları əllərindəki qaçaqmalı dənizə ataraq qayıqla hadisə yerindən uzaq­laş­mağa cəhd göstərmişlər. Lakin sərhəd gö­zətçi kateri qaçaqmal­çıların qayığını təqib edərək sa­hildən 2,2 mil aralıda onları yaxalamışdır. Döv­lət Sərhəd Xidmətinin dalğıc­ları xüsusi avadan­lıqdan istifadə etməklə dənizin dərinliyindən 10 kq narkotik vasitə olan həşişi aş­kar­layaraq çıxar­mışlar.

20 iyul 2012-ci il tarixdə Astara rayonunun Sım kəndi ərazi­sində yerləşən sərhəd zastavasının xidməti sahəsində iki nəfər sərhəd pozu­cusunun qarşısı alınmışdır. Sərhəd pozucuları sərhəd naryadının qanuni tələblərinə və xəbərdarlıq atəşinə məhəl qoy­mayaraq havanın dumanlı olmasından bəhrələnmiş və qaçaraq geriyə qayıtmağa müvəffəq olmuşlar. Əraziyə baxış keçirilərkən 1030 qram həşiş, 1,3 qram heroin aşkarlanaraq götürülmüşdür.

30 iyul 2012-ci il tarixdə «Astara» Sərhəd Nəzarəti Mən­təqəsində İrandan Azərbaycana keçmiş, 1980-ci il təvəllüdlü Və­fadar Mehdi Məhəmmədin idarə etdiyi «Donq-Feng» markalı 78-A-529 dövlət nömrə nişanlı avtomobilə sərhəd və gömrük baxışı keçirilərkən yük yerində gizlədilmiş 912 qram həşiş aş­karlanaraq götürülmüşdür.

Dövlət Sərhəd Xidməti tərəfindən «Xaş-xaş-2012» şərti adı al­tında keçirilmiş tədbirlər nəticəsində Astara rayonunun Oruc­məhlə, Balakən rayonunun Meşəşambul kəndləri ərazisində ümu­mi çəkisi 48,5 kilqram olan yabanı halda bitmiş çətənə kolları toplanılmış, yerli hüquq-mühafizə orqan­ları əməkdaşlarının, bələ­diyyələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilmişdir.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Türk­mənistana məxsus 1 gəmiyə və ölkəmizə məxsus 11 qayığa baxış keçirilmiş, dənizdən 700 metr tor aşkar olunaraq götürül­müşdür.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçirilmiş tədbirlər nəticəsində 41 halda ümumi dəyəri təq­ribən 1 milyon 886 min 750 manat olan qaçaqmal, o cümlədən 3 ədəd tü­fəng, 23 ədəd patron, 10 ədəd giliz, patron üçün 1 ədəd kəmər, 1 ki­loqram qırma, 0,55 kiloqram barıt, tir tüfəngi üçün 3600 ədəd saç­ma, 1 milyon 900 min Avropa valyutası, 301 ABŞ valyutası, 967 ədəd zinət əşyası, 2 ədəd gizli qələm-kamera, 2 ədəd qu­laqasma böcəyi, 1 ədəd bıçaq, 3 ədəd qayıq, 462 ədəd mobil te­le­fon, mobil telefonlar üçün 853 ədəd aksesuar, 2575 qutu si­qa­ret, müxtəlif növ dərman preparatları, spirtli içki, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanıl­mışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqa­mə­tində tədbirlər davam etdirilir.

f tw