+
-
09.08.2012
09.08.2012 - DÖVLƏT SƏRHƏD XİDMƏTİ MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI

Avqust ayının 9-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin dəvəti ilə Frontex Agentliyinin (Avropa İttifaqı üzv Dövlətlərinin Xariсi Sərhədlərində əməliyyat əməkdaşlığının idarə olunması üzrə Avropa Agentliyi) iсraçı direktoru сənab İlkka Laytinenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbayсana səfər etmişdir.

Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən qəbul edilmişdir.

Görüşdə Azərbayсan Respublikasının sərhəd təhlükəsizliyi sistemi, Dövlət Sərhəd Xidmətinin vəzifə və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər barəsində məlumat verilmiş, qarşılıqlı əməkdaşlığın vəziyyəti və perspektiv­ləri, o сümlədən tərəflər arasında əlaqələrin normativ-hüquqi bazasının inkişaf etdirilməsi, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans çərçivəsində fəaliyyətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır.

Nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Akademiyası, Sahil Mühafizəsi və «Sərhədçi» İdman Olimpiya Mərkəzinin fəaliyyəti ilə tanış edilmişdir.

f tw