+
-
21.12.2015
21.12.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə göstərdiyi ali diqqət və qayğı nəticəsində ölkəmizin sərhəd mühafizə infrastruk­turu­nun təkmilləşdirilməsi prosesi müvəffəqiyyətlə davam etdirilir, müasir tələblərə cavab verən yeni sərhəd məntəqələri tikilib istifadəyə verilir, sərhədçilərin xidmət və məişət şəraiti yaxşılaşdırılır.

2015-ci ilin dekabr ayının 19-da Xudat Sərhəd Dəstəsində yeni inşa olunmuş “Samur” sərhəd zastavası kompleksinin xidməti istifadəyə verilməsi bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin növbə­ti təzahürü olmuşdur.

Yeni sərhəd zastavası kompleksinin açılış mərasimində çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Preziden­ti,  Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliye­vin ali diqqəti sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmə­lə­rində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraiti­nin yaradıl­ma­sinı qeyd etmiş, Azərbaycan sərhədçisinin dövlətçili­yimi­zin və sərhəd­lə­ri­mizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün cənab Ali Baş Komandanın göstə­riş­lə­rini icra etməyin böyük şərəf və yüksək məsuliyyət olduğunu bildir­miş­dir.

Mərasimdə iştirak edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xid­məti general-leytenantı Aydın Əliyev, «Azərsun-Holdinq»in idarə heyə­ti­nin sədri Abdulbari Gözəl, Rusiya Federasiyası Federal Sərhəd Хidmə­tinin nümayəndə­ləri sərhədçiləri təbrik edərək onlara uğurlar arzula­mışlar.

Tədbirdə sərhədçi–vətəndaş əlaqələrinin möhkəm zəmin üzə­rində qurulmasının Vətənimizin hüdudlarının qorunması işində müs­bət rol oynadığı, dövlət sərhədlərimizin mühafizəsinə ümumхalq qay­ğısının ilbəil artmasının sərhədçilər tərəfindən böyük minnət­darlıq hissi ilə qarşılandığı qeyd edilmişdir. Yeni sərhəd zastavası komпleksinin «Azərsun Holdinq» tərəfindən qısa müddət ərzində və yüksək key­fiyyətlə tikilərək хidməti istifadəyə verilməsi Azərbaycan Sərhəd Mühafizəsinin təşkilinə rəğbətin rəmzi və yeni il hədiyyəsi kimi qiymətlən­dirilmiş, hol­dinqin kollektivinə minnət­dar­lıq ifadə olunmuşdur.

Xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltiflən­diril­mişdir.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev qonaqlarla birlikdə sərhəd zastavasına baxış keçirmişdir. Sərhəd zas­tavasında xidmətin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Ən müasir tələblərə cavab verən yataqxana, yeməkxana, istirahət guşəsi, idman zalı, kinozal, təlim şəhər­ciyi, xüsusi təyinatlı otaqlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana sərhədçilərin istifadəsinə verilmişdir. Sərhəd zasta­vası kompleksindəki yüksək xidmət və məişət şəraiti dövlət sərhəd­lərimizin qorunmasını təmin edəcəkdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

 

 

 

 

f tw