+
-
29.09.2015
29.09.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələrin respublika ərazisinə gətirilməsi ilə məşğul olan mütəşəkkil cinayətkar qrupların zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

26.09.2015-ci il tarixdə həyata keçirilmiş tədbirlər nəticəsində Cəlilabad rayonu Sərxanlı kənd ərazisindəki zastavanın xidməti sahəsində İrandan Azərbaycan Respublikasına qaçaq yolla külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınmışdır. Nəticədə Cəlilabad rayon sakini 01.06.1979-cu il təvəllüdlü Nəsirov Rövşən Fərahim oğlu 7 kq tiryək və 470 qram heroinlə saxlanılmışdır. 

Fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

                            

                                            Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw