+
-
12.07.2012
12.07.2012 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

10.07.2012-ci il tarixdə, saat 18:08 radələrində Ağstafa rayonunun Keşikçidağ ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində "Ford" markalı, NSM-309 dövlət nömrə nişanlı avtomobildə sərhəd rejimi qaydalarını pozduğuna görə Gürcüstan Respublikası vətəndaşları Buxaridze Georgi (01.01.1962), Abaladze David (12.06.1969) və Oniani Zaza (19.06.1974) sərhəd naryadı tərəfindən saxlanılmışlar.

Müvafiq tədbirlər görüldükdən sonra sərhəd rejimi pozucuları Azərbaycan tərəfinin təşəbbüsü ilə həmin gün Gürcüstan Respublikası Çitelixidi məntəqəsinin sərhəd nümayəndəliyinə rəsmi qaydada təhvil verilmişlər. 

 

f tw