+
-
18.08.2015
18.08.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümü münasibətilə avqust ayının 18-də Dövlət Sərhəd Xidmətində təntənəli tədbir keçiril­miş­dir. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri Xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunmuşdur.

Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş cəsur Vətən övladlarının xatirəsi anılmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur. İlk sərhədçi milli qəhrəman Eldar Məmmə­do­vun məzarı ziyarət edilmişdir.

Sonra Dövlət Sərhəd Xidmətinin Aparatında Azərbaycan Sərhəd Müha­fizə­si­nin ildönümü münasibəti ilə təntənəli mərasim keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Sərhəd Xidməti əməkdaş­ları­­­­­­nın peşə bayramı münasibətilə avqust ayının 17-də imzaladığı sərəncamlardan irəli gələn böyük ruh yüksəkliyi ilə keçən tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev çıxış edərək Vətənimizin sərhədlərinin mühafizəsi işində qazanılmış uğurlardan, qarşıda duran vəzifələrdən danışmış, şəxsi heyəti peşə bayramı münasibəti ilə təbrik etmişdir.

Müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin müəy­yənləşdirdiyi milli sərhəd strategiyasını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin günü-gündən möhkəmlənməsi, iqtisadi, siyasi və hərbi qüdrəti­mi­zin durmadan artması, Vətənimizin hüdudlarının etibarlı şəkildə qorunması qeyd edilmişdir.

Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnika­nın və xüsusi texniki avadanlıqların yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində  Azərbaycan Sərhəd Mühafizəsinin son illər ərzində ciddi inkişaf yolu keçərək mükəmməl hərbi qurum səviyyəsinə yüksəlməsinin arxasında dövlət qayğısının, Azərbaycan sərhədçisinə olan inam və etibarın dayandığı xüsusi vurğulanmışdır.

Tədbirdə ali hərbi rütbələr təqdim olunmuş, xidmətdə fərqlənmiş hərbi qulluqçular orden və medallarla təltif edilmişlər.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw