+
-
17.08.2015
17.08.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin milli inkişaf siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin inki­şa­­fı, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni hərbi hissə­lə­rin yara­dılması, ən müasir texnika və vasitələrin sərhəd xidmətin­də tətbiqi, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəl­dil­mə­si istiqamətində ardıcıl tədbirlər uğurla davam etdirilir.

17 avqust 2015-ci il tarixdə Bakı şəhərinin Xətai rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün inşa olunmuş yaşayış şəhər­ciyinin açılış mərasimi keçirilmişdir.

Yeni mənzil sahiblərini təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev hərbi qulluqçuların sosial-məişət problemlərinin, xüsusən də mənzil təminatı məsələlərinin Azərbay­can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daimi diqqət mərkəzində olmasını, 2005-ci ildə “Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında”, 2007-ci ildə isə müəyyən əhali kateqoriyalarına, o cümlədən də hərbi qulluqçulara ipoteka kre­dit­lərinin güzəştli şərtlərlə verilməsini nəzərdə tutan  “Azərbaycan Respub­lika­sın­da ipoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman­ların uğurla icrasının bütün Azərbaycan vətəndaşları kimi hərbi qulluqçular üçün də real imkanlar yaratmasını qeyd etmişdir. Bu yaşayış şəhərciyinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hərbi qulluqçuların mənzil şəraitlərinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası üzrə qısa müddət ərzində inşa olunması xüsusi vurğulanmışdır.

Yaşayış şəhərciyində 13 və 15 mərtəbəli binalarda bir, iki və üç otaqdan ibarət 612 mənzil inşa olunmuşdur. Hərbi qulluqçulara güzəştli ipoteka şərtlərilə verilən mənzillər tam təmir olunmuş, elektrik enerjisi, su, qaz və fərdi istilik sistemləri ilə təmin edilmişdir. Şəhərcikdəki 4 binanın hər birinin zirzəmisində avtomobil dayanacaqları yaradılmış, birinci mərtəbələr iaşə, ticarət, məişət obyektləri üçün nəzərdə tutulmuşdur. Yaşayış kompleksi yanğınsöndürmə, işıqlandırma, suvarma sistemləri ilə təchiz olunmuşdur. Ərazidə abadlaşdırma və yaşıl­laşdırma işləri aparılmış, çəmənliklər salınmış, dekorativ ağac və kollar əkilmiş, istirahət guşələri yaradılmışdır.

Mərasim çərçivəsində hərbi qulluqçulara mənzillərin mülkiyyət sənədləri və açarları təqdim olunmuşdur. Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev sakinlərlə birlikdə yeni mənzillərə baxış keçirmişdir.

  

                                                       Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw