16.08.2015 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümünə həsr olunmuş silsilə  tədbirlər davam etdirilir.

Heydər Əliyev dövlətçilik ideyalarının daşıyıcısı olan Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Azərbaycan SərhədMühafizəsinin növbəti ildönümünü xidmətdə qazanılmış nailiyyətlərlə, yüksək əhval-ruhiyyə ilə qarşılayır.

Milli sərhəd strategiyasının banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramını və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən qürur hissini ifadə etmək məqsədilə 13 iyul 2015-ci il tarixdə xidmətdə fərqlənmiş bir qrup sərhədçinin Böyük Qafqaz sıra dağ­larının Şahdağ ərazisində dəniz səviyyəsindən 3751 metr hündür­lükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə və 4042 metr yüksəklikdə yer­ləşən “İlham Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 oktyabr 2006-cı il tarixində açılışını etdiyi Хudat sərhəd dəstəsinin «Хınalıq» sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları çətinlik dərəcəsinə görə “2 А” kateqoriyasına aid edilən zirvələri fəth etmişlər. Zirvələrdə sərhədçilər tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni ifa olunmuş, Azərbaycan Respublikasının Dövlət Bayrağı sancılmış, qaya üzərinə Azərbaycan SərhədMühafizəsinin 96 illiyinə həsr olunmuş lövhələr, Dövlət Sərhəd Xidmətinin emblemi və şüarlar yerləş­dirilmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80