+
-
10.08.2015
10.08.2015 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

09 avqust 2015- ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılmışdır.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor İlham Mehdiyev Ulu Öndər Heydər Əliyevin müəyyənləş­dirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviy­yə­si­nə qaldırıldığını, dövlət sərhədlərimizin toxunulmazlığının təmin  olun­ma­­sı istiqamətində davamlı dinamik inkişafa nail olunduğunu qeyd etmişdir. Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəf­lə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə müvəffəqiyyətlər arzulamış, dövlətimizin ali diqqət və qayğısı sayəsində yaradılmış şəraitdən bəhrələnərək xidmətdə yüksək nəticələrə nail ola­caq­larına və hərbi anda sadiq qalacaqlarına əminliyini bildirmişdir.

Gənc əsgərlərin valideynləri yaradılmış şəraitə görə ölkə rəhbər­li­yi­nə minnətdarlıqlarını bildirmiş, öz övladlarını təbrik edərək Vətən sər­­həd­lərinin keşiyində ayıq- sayıq dayanmağı tövsiyə etmişlər.

Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatmışdır.

 

                                         Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw