+
-
22.06.2012
22.06.2012 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

"Azadlıq" qəzetinin 21 və 22 iyun 2012-ci il tarixli nömrə­lərində Dövlət Sərhəd Xidmətinin Bakı şəhərində yeni inşa olunmuş yaşayış binasındakı mənzillərin yaşayış üçün yararlı olmayan vəziyyətdə sərhədçilərin istifadəsinə verilməsi barədə əsassız, həqiqətə uyğun olmayan və böhtan xarakterli məlu­matlar yayılmışdır.

Bununla əlaqədar bildiririk ki, «Evrovision-2012» mahnı müsabiqəsi başa çatdıqdan sonra qeyd olunan binadakı mənzillər yaşayış üçün tam yararlı vəziyyətdə sərhədçilərə təhvil verilmişdir və mənzillərdə təmirlə bağlı hər hansı çatışmamazlıq mövcud deyildir. Ərazidə olan obyektlərin söküntüsü isə planlı surətdə həyata keçirilir və yaşayış bina­sı­nın qarşısının abadlaşdı­rılması məqsədini daşıyır.

Daxil olmuş informasiyanın həqiqətəuyğunluğunu dəqiqləşdirmədən, məsələyə Döv­lət Sərhəd Xidmətinin münasibətini öyrənmədən, bu cür məlu­matın yayılmasını qərəzli münasibət kimi qiymətləndiririk.

"Azadlıq" qəzetinin 21 və 22 iyun 2012-ci il tarixli nömrələrində dərc olunmuş məqalələrin Dövlət Sərhəd Xidmətinin işgüzar nüfuzuna xələl gətirməsini nəzərə alaraq tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müra­ciət olunması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı mühafizəsi məsələlərinə göstərilən xüsusi diqqət və qayğı sayəsində son illər ərzində Azərbaycan Sərhəd Mühafizəsinin dinamik inkişafı təmin olunmuş, sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi və şəxsi heyə­tin peşəkar­lığı­nın artırılması istiqamətində ciddi nailiyyətlər əldə olun­muşdur.

Dövlət Sərhəd Xidmətinin zabit və gizir heyətinin mən­zil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində də mühüm işlər görül­müşdür. Təkcə 2011-ci ildə hərbi hissələrdə 1288 mənzil inşa edilərək şəx­si heyətin istifadəsinə verilmişdir. Cari ilin sonunadək isə daha 1000-dək mən­zilin inşasının yekunlaşdırılması nəzərdə tutulmuşdur.

Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti onlara göstərilən yüksək dövləti qayğıdan qürur duyur və diqqətini Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı mühafizəsinə yönəltmişdir.

f tw