+
-
04.08.2015
04.08.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin hərbi hospitalı qabaqcıl təcrübənin və tibb elminin yeniliklərinin, yeni texnologiyaların tətbiqi sahəsində ölkəmizin müalicə müəssisələri arasında xüsusi yer tutur. Hərbi hospi­tal­da­ sərhədçilərin və onların ailə üzvlərinin yüksək səviyyədə müalicə olunması üçün bütün imkanlar yaradılmışdır. Tibbi təchizatın yüksək səviyyədə olmasının və müasir tibbi avadanlıqların alınmasının xüsu­si diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, bəzi tibbi əmə­liy­­yatlar ölkəmizdə ilk dəfə məhz bu müalicə müəssisəsində aparılır. Respublikamızda ilk dəfə olaraq 2008- ci ilin iyun ayında laparoliftinq üsulu ilə laparoskopik xolesistektomiya əməliyyatı, 2013- cü ilin yanvar ayında isə tək kəsikdən laparoskopik öd kisəsinin çıxarılması əmliyyatı icra olunmuşdur.

2015- ci ilin 23 iyul tarixində Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında Olymrus 190-eksera aparatı vasitəsi ilə, 3D texnologiyası əsasında xüsusi eynək və alətlərdən istifadə etməklə regionumuzda ilk dəfə sterotoksik laparoskopik əməliyyat – öd kisəsinin çıxarılması uğur­la həyata keçirilmişdir. 3D texnologiyasının hərbi hospitalda tətbiqi ölkə­mizin dünyanın qabaqcıl dövlətlərinin səhiyyə müəssisələri ilə uğurlu əməkdaşlığının nəticəsidir.

Dövlət Sərhəd Xidmətinin hərbi hospitalı qabaqcıl və ən müasir texnologiyaların tətbiqi istiqamətində öz fəaliyyətini davam etdirmək əzmindədir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw