+
-
03.08.2015
03.08.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

31 iyul 2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin “Horadiz” və “Lənkəran” sərhəd dəstələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilmişdir.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Döv­lət­ Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı gene­ral-polkovnik  Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılmışdır. Tədbirlərdə çıxış edənlər yaradıcısı Ulu Öndər Heydər Əliyev olan və 13-cü ildönümü qeyd olunan Dövlət Sərhəd Xidmətinin sırala­rı­na qatılmaları münasibətilə gənc əsgərləri təbrik etmişlər.

Milli sərhəd strategiyasının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunmasına xüsusi diqqət yetirərək Dövlət Sərhəd Xidmətinin yaradılması barədə tarixi qərarının ölkəmizin sərhəd mühafizəsi tarixində yeni mərhələnin başlanğıcı olduğu, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviy­yəsinə qaldırıldığı, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğu çıxış­lar­da xüsusi qeyd edilmişdir.

Gənc əsgərlərin valideynləri yaradılmış şəraitə görə ölkə rəhbər­li­yi­nə minnətdarlıqlarını bildirmiş, öz övladlarını təbrik edərək və­tən­ sər­həd­­lərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər.

Tədbirlər gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçid­lə­ri ilə başa çatmışdır.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi        

f tw