+
-
13.07.2015
13.07.2015 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tipli radioelektron və naviqasiya cihazları, qəza-xilasetmə  və digər avadanlıqlar quraşdırılan sərhəd gözətçi gəmiləri və katerləri ilə təmin edilməsi, dəniz sərhədçilərimizə Xəzər dənizinin Azərbaycana mənsub bölməsində bioloji resursların, enerji ehtiyatlarının, sualtı neft-qaz ixrac boru kəmər­lə­rinin qorunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, qaçaq­mal­çılığa və brokonyerliyə qarşı mübarizə üzrə vəzifələrini layiqincə yerinə yetirməyə imkan verir.

Dəfələrlə dənizdə mürəkkəb axtarış–xilasetmə əməliyyatlarını uğurla həyata keçirən sərhədçilər istənilən şəraitdə yüksək peşəkarlıq nümunəsi göstərməyə, qarşıya qoyulmuş vəzifələri tam yerinə yetirməyə qadir olduqlarını əyani şəkildə sübut etmişlər.

9 iyul 2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Sahil Müha­fi­zə­si­nin “Kələdəhnə” sahil nəzarət məntəqəsinə mühərrikində yaranmış nasazlıq səbəbindən Xəzər dənizində köməksiz qalmış balıqçı qayığı barədə məlumat daxil olmuşdur. Dənizçi sərhədçilər tərəfindən həyata keçi­rilən xilasetmə tədbirləri nəticəsində Astara rayonunun Şahağacı kənd sakinləri Dadaşov Feyruz Dadaş oğlu, Süleymanzadə Şəhriyar Əlövsət oğlu və Dadaşov Emin Rafiq oğlu xilas edilərək nasaz qayıqla birlikdə sahilə çıxarılmışlar.

 

                                                      Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw