+
-
25.05.2015
25.05.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz döv­­­riy­­­­yəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.

19 may 2015-ci il ta­­rixdə Astara ra­yonunun­ Qapıçıməhəllə kən­di ərazisindəki sərhəd zastavasının xidməti sa­­­­hə­sin­­­də Dövlət Sərhəd Xid­mətinin hərbi qulluqçuları tərəfindən sər­həd­­boyu zo­nada keçirilən re­jim tədbirləri nəticəsində 1 ədəd bağlamada kül­lü miq­­­dar­da­ 7 kiloqram 045 qram narkotik mad­­­­də, o cümlədən 4 kiloqram 410 qram  həşiş qətranı, 2 kiloqram 275 qram me­to­fetamin və 360 qram heroin aşkar olunaraq gö­­­­­­türülmüşdür.             

Faktla bağlı araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw