+
-
04.05.2015
04.05.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

May ayının 21-də saat 11:00-da Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən Şəmkir Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Şəmkir, Samux, Ağstafa və Qazax rayon sakinlərinin qəbulu keçiriləcəkdir.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları may ayının 19-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az  adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefon­larla əlaqə saxlanılması və ya Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən Şəmkir Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw