+
-
10.03.2015
10.03.2015 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində fəaliyyət göstərən Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun dinləyiciləri mart ayının 6-da Dövlət Sərhəd Xidmətinin Akademiyasında ekskursiyada olmuşlar.

Akademiyanın rəisi general-mayor Araz Məmmədov dinləyicilərlə görüş zamanı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində əldə olunmuş yüksək nailiyyətlər, akademiyanın yaranması və inkişafı, yüksək ixtisaslı sərhədçi zabitlərin, hərbi elmi işçilərin hazırlanması sahəsində qazanılmış müsbət nəticələr barədə ətraflı məlumat vermişdir.

Dinləyicilər akademiyada yaradılmış məişət şəraiti və təlim-tədris prosesi ilə yaxından tanış olmuş, kursantlarla, müəllim-professor heyətilə görüşüb söhbət etmişlər.

Sonda qonaqlar  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin akademiyanın açılışında iştirakından bəhs edən filmə baxmışlar.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw