+
-
21.04.2012
21.04.2012 - Dövlət Sərhəd Xidmətinin döyüş sıralarına yeni helikopterlər və zirehli texnikalar daxil edilmişdir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sər­həd Xidmətinin maddi-tex­niki bazası möhkəm­ləndirilmiş, idarəetmə sis­temi təkmilləşdiril­mişdir. Dövlət Sərhəd Xidmətinin texniki bazasının güclən­­dirilməsi və modernləşdirilməsi, müasir döyüş texnikası və digər tex­niki va­sitələrin alınaraq sərhədlərimizin mühafizəsi işində tətbiq edil­məsi əsas vəzifələrdən biridir və bu proses uğurla davam etdirilir.

Yeni alınmış tex­nikaların döyüş sıralarına qəbul edilməsi ilə əlaqədar aprel ayının 19-da Dövlət Sərhəd Xidmətinin Aviasiya dəstəsinin baza­sın­da tədbir keçirilmişdir. Azərbaycan Respublikası Baş nazirinin birinci müa­vini Yaqub Eyyubov və Dövlət Sərhəd Xidmətinin rəisi–Sərhəd Qo­şunlarının Komandanı general-leytenant Elçin Quliyev müxtəlif döyüş tex­nikalarına- Mi-35, Mi-17, Mi-8 helikop­terlərinə və «Kobra» tipli yüngül zi­rehli döyüş maşınına, «LAND-ROVER» tipli şəxsi heyət daşıyan zirehli maşına, «LAND-ROVER-110» tipli çevik hərəkət maşınına baxış ke­çirmişlər.

Nümayiş etdirilən heli­kopterlərin və zirehli döyüş texnikalarının  tak­tiki-texniki imkanları barədə məlumatlar veril­mişdir. Yeni alınmış döyüş tex­nikaları müxtəlif hərbi tapşırıq­ları yerinə yetirmək üçün geniş imkan­lara malikdir və ən müasir silah­larla təchiz olunmuşdur. Helikop­terlərin və müxtəlif tə­yinatlı döyüş avtomo­billərinin səmərəli istifadəsi Vətənimizin hü­dud­­larının mühafizəsi işinin səviyyəsinin daha da yüksəldil­mə­sində  mü­hüm rol oynayacaqdır.

Sonra Mi-35 helikopterinin nümunəvi uçuşu nümayiş etdirilmiş­dir. 45 də­rəcə bucaq altında forsaclı döngələr, şığıma, yük­səlmə, döyüş dönməsi, dönmə uçuşu və digər mürəkkəb ele­mentlər uğurla icra olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin rəisi–Sərhəd Qoşunlarının Koman­danı gene­ral-leytenant Elçin Quliyev döyüş sıralarına yeni daxil edilən texnikaların səmərəli tətbiqinə dair müvafiq tapşırıqlar ver­miş, Mi-35 helikopterinin nümu­nəvi uçuşları zamanı peşəkarlıq gös­tərən heyət üzvlərinə təşəkkür elan etmişdir.

 

  Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw