+
-
25.11.2014
25.11.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

2014-cü il 22 noyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Sərhəd Xidmətinin Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin yeni inzibati binasının təməlqoyma mərasimi keçirilmişdir.

0,6 hektar ərazidə müasir memarlıq üslubunda inşa ediləcək inzibati binada şəxsi heyətin xidməti fəaliyyəti, tədrisi və istirahəti üçün yüksək şəraitin yaradılması nəzərdə tutulmuşdur.

Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin – Maddi Texniki Təminat Baş İdarəsinin rəisi general-mayor İ.Əkbərov iştirak etmişdir.

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw