+
-
20.11.2014
20.11.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

Azərbaycan Respublikasının dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, mürəkkəb relyefə malik dağlıq ərazilərdə və əməliyyat şəraiti gərgin olan istiqamətlərdə xidmət keyfiyyətinin yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə zəruri tədbirlərin görülməsi davam etdirilməkdədir.

Belə ki, 2014-cü il noyabr ayının 18-də Lənkəran sərhəd dəstəsinin dəniz səviyyəsindən 2500 metr hündürlükdə yerləşən, çətin iqlim şəraitinə malik olan “Qızyurdu”, “Törədi” və “Hamoşam” sərhəd zastavası kompleksləri əsaslı təmirdən sonra xidməti istifadəyə verilmişdir.

Təşkil olunmuş mərasimdə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqəti sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin təmin olunması qeyd olunmuş, açılış mərasiminin bu ali diqqətin növbəti təzahürü olması vurğulanmışdır.

Mərasim iştirakçıları sərhəd zastavalarında yataqxana, yeməkxana, istirahət, təlim şəhərcikləri, xüsusi təyinatlı otaqlar, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxanalar, idman meydançaları, avtomobil­lə­rin texniki sazlığının yoxlanılması və təmir edilməsi üçün qarajlar, zabit və gizirlər üçün zəruri mebel və avadanlıqlarla təmin edilmiş mənzillər və digər tikililər ilə tanış olmuşlar.

Mərasimdə DSX rəisinin müavini general-mayor A.Ələkbərov, Lənkəran sərhəd dəstəsinin rəisi polkovnik Z.Zeynalov, yerli ictimaiyyət nümayəndələri, sərhəd məntəqələrinin şəxsi heyəti iştirak etmişlər.  

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw