+
-
04.08.2014
04.08.2014- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2014-cü ilin avqust ayının 1-də Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş “Baxçalar” sərhəd komendantlığı və “Baxçalar” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilmişdir.

1347,2 m2sahədə inşa olunmuş, 10 ədəd əsas və köməkçi binalardan ibarət olan sərhəd komendantlığı və zastavası kompleksinə 2 ədəd 4 mənzilli yaşayış binası, komendantlığın inzibati binası, əsgər yataqxanası, təminat və yeraltı tərəvəz anbarları, xidməti it volyeri, xidməti atlar üçün tövlə, yay yeməkxanası, qazanxana və sanitar qovşağı daxildir. Bina və qurğularda müasir istilik sistemi quraşdırılmış, otaqlar və xidməti mənzillər mebel və avadanlıqlarla təchiz olunmuşdur.

Bu münasibətlə təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini general-mayor Azad Ələkbərov, Lənkəran sərhəd dəstəsinin rəisi polkovnik Zaur Zeynalov, sərhəd komendantlığının şəxsi heyəti iştirak etmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  

 

f tw