+
-
26.07.2014
26.07.2014 - Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatı

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin 2014-2015-ci illərdə birgə tədbirlər Planı”na əsasən 2014-cü ilin 21-24 iyul tarixlərində Rusiya Federasiyasının Maxaçqala limanının cənub istiqa­mə­tin­də Xəzər dənizində bioloji resursların qorunması, beynəlxalq terro­riz­mə, qeyri-leqal miqrasiyaya və qaçaqmalçılığa qarşı mü­ba­rizə aparıl­ma­sı­ mövzusunda  geniş miq­yas­lı təlimlər keçirilmişdir.

Təlimdə Azərbaycan tərəfdən DSX Sahil Mühafizəsinin 2-ci dərəcəli 701-ci sərhəd gözətçi gəmisi və 2 itisürətli kater, Rusiya Federasiyası tərəf­dən­ 3 gəmi, 1 itisürətli kater iştirak etmişdir.

Təlim qarşılıqlı əlaqələrin yaradılması və məlumat mübadiləsinin aparılması, qüvvə və vasitələrin təyin olunmuş rayona çıxarılması, sərhədi pozmuş üzmə vasitəsinin axtarışının həyata keçirilməsi, aşkarlanması və təqib edilməsi, xəbərdarlıq atəşi ilə gəminin dayandırılması, baxış qrupu­nun­ qayıq vasitəsi ilə baxış keçirilən gəmiyə çıxarılması, baxışın aparıl­ma-sı və gəminin saxlanılması taktiki epizodlarından ibarət olmuşdur.

Təlim zamanı qarşıya qoyulmuş vəzifələr tam həcmdə yerinə yetirilmiş,  Azəbaycan və Rusiya sərhəd gözətçi gəmilərinin şəxsi heyəti tərəfindən yüksək məharət və peşəkarlıq nümayiş etdirilmişdir.

 Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw