Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhədboyu zonalarda həyata keçirilən rejim tədbirləri çərçivəsində:
- 25 iyun 2014-cü il tarixdə Zaqatala rayonunun Muğanlı kəndinin “Qaraçay” çayı yaxınlığında ümumi çəkisi 5 ton 950 kiloqram olan 3966 ədəd;
- 11 iyul 2014-cü il tarixdə Zaqatala rayonunun Ağdamkələl kəndi istiqamətində Dindi dağı yaxınlığında ümumi çəkisi 10 ton 680 kiloqram olan 8900 ədəd narkotik xassəli çətənə kolları aşkar olunmuşdur.
Zaqatala rayonunun icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyinin, DİN Zaqatala Rayon Polis Şöbəsinin və DSX əməkdaşlarının iştirakı ilə narkotik xassəli çətənə kolları yandırma üsulu ilə məhv edilmişdir.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi