+
-
27.06.2014
27.06.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına  mənsub olan bölməsində rejim qaydalarının təmin olunması tədbirləri davam etdirilir. Cari il ərzində DSX Sahil Mühafizəsinin gəmiləri, katerləri və sahil nəzarəti məntəqələri tərəfindən 67 gəmi və 220 qayığa baxış keçirilmiş,rejim qaydalarını pozduğuna görə Azərbaycan Respublikasına məxsus 20, Rusiya Federasiyasına məxsus 2, İran İslam Respublikasına məxsus 2 gəmi  Azərbaycan Respublikasına məxsus 182 qayıq, 307 nəfər heyət üzvü saxlanılmışdır.

Hesabat dövründə 57 sahibsiz qayıq, 1milyon 477 min 625 metr müxtəlif çeşidli balıq ovlama toru, 292 min 744 ədəd istifadəsi qadağan olunmuş balıq ovlama qarmaqları aşkar olunaraq götürülmüşdür.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatı

f tw