+
-
06.12.2022
06.12.2022, 17:45 - Dövlət Sərhəd Xidmətinin Məlumat Mərkəzi

Dekabr ayının 6-da saat 16:40-da Dövlət Sərhəd Xidməti Akademiyasının əsas korpusunda yanğın hadisəsi baş vermişdir. Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülmüş, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat verilmiş, əraziyə yanğınsöndürənlər cəlb edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanmışdır.

Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülmüş, yanğın qısa zamanda lokallaşdırılmışdır.

Akademiyanın şəxsi heyəti arasında xəsarət alan olmamışdır.

Hadisənin baş vermə  səbəbləri aidiyyətı qurumlar tərəfindən araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw