17.11.2022, 15:25 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

16 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə planı əsasında Dövlət Sərhəd Xidmətinin Akademiyasında Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının tender komisiyasının üzvləri ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu və satınalmalar prosedurunun elektronlaşdırılması mövzusunda təlim toplantısı keçirilmişdir.

Tədbir Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin Tender Komisiyası, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov, Dövlət Sərhəd Xidmətinin Maddi-Texniki Təminat Baş İdarəsinin, Maliyyə-Plan İdarəsinin müvafiq şöbə rəisləri və struktur qurumların tender komissiyası üzləri iştirak etmişlər.

2022-ci il üzrə Dövlət Sərhəd Xidmətinin tələbatına uyğun olaraq keçirilmiş satınalma prosedurları və struktur qurumlarda görülmüş işlər barədə hesabat xarakterli məlumatlar verilmiş, qurumlar arasında gələcək fəaliyyətin təşkili ilə bağlı “Elektron satınalma prosedurları”nın vahid internet portalında keçirilməsi zamanı şəffaflığın artırılması məqsədi ilə əlaqədar kompleks tədbirlərin görülməsinin vacibliyi vurğulanmış, tender komissiyası üzvləri və satınalma mütəxəssisləri ilə nəzəri və praktiki məşğələlər keçirilmişdir.

Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin başçılığı altında vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə Dövlət Sərhəd Xidməti tərəfindən yaradılmış müasir sərhəd infrastrukturu, xüsusi təyinatlı hərbi hissə kompleksləri və döyüş məntəqələrinə dair hazırlanmış videomateriallar tədbir iştirakçılarına nümayiş olunmuşdur.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80