+
-
28.04.2014
28.04.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Aprelin 28-də Dövlət Sərhəd Xidmətində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə anım tədbirləri keçirilmişdir.

Öncə Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın məzarının önünə tər çiçək dəstələri düzmüşlər. Sonra qadın hərbi qulluqçular akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində fəaliyyət göstərən muzeyə baxış keçir­miş­lər. Ziyarətçilər muzeydə akademik Zərifə Əliyevanın həyatını, elmi və yaradıcılıq fəaliyyətini əks etdirən zəngin eksponatlara tamaşa et­mişlər.­ Bura­da ziyarətçilərə istedadlı alim, bacarıqlı pedaqoq, xeyirxah və qayğıkeş qadın Zərifə Əziz qızı Əliyevanın həyat və fəaliyyəti haqqında məlumat verilmişdir.

Anım tədbirləri Dövlət Sərhəd Xidmətinin Aparatında Vaqif Musta­fa­­yevin Heydər Əliyev haqqında filmlər silsiləsindən “Əsl məhəb­bət­ haqqında” sənədli filminin nümayişi ilə başa çatmışdır.

 

                      Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw