18.10.2022, 13:00 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Oktyabr ayının 18-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasının 11-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Bu münasibətlə təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çat­dırılmış, hazırkı mərasimin tarixi Zəfərimizin ildönümü ərəfəsinə və Müstəqilliyimizin bərpası gününə təsadüf etməsi ilə əlamətdar olması xüsusi vurğulanmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən mühari­bə­sində Azərbaycan Respublikasının Ermənistan üzərin­də parlaq qə­lə­­bə qazandığı, üçrəngli bayrağımızın müqəddəs sərhədlərimiz boyunca dalğalan­dırıl­dığı, Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanı­mız tərəfindən qoyulmuş bütün döyüş tapşırıqlarının uğurla icra olunduğu, sərhəd­çilərin cəsarət nümu­nələri göstərdikləri, Vətən Müharibəsindən sonra da azad edilmiş torpaqlarımızda xidmətlərini peşəkarcasına davam etdirmələri qeyd olunmuşdur.

Heydər Əliyev Fondunun dəstəyi ilə 2011-ci ildə qurularaq istifa­dəyə verilmiş Xüsusi Məktəbin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətən­pərvər, bilikli, savadlı sərhədçi kadrların yetişdirilməsində əhəmiy­yətli rolu qeyd olunmuş, tədris müəssisəsinin açılış mərasimində və 2018-ci ildə ikinci korpusunun istifadəyə verilməsi tədbirində Azərbaycan Respubli­ka­­­sının Birinci Vitse-Prezidenti Mehri­ban xanım Əliyevanın iştirak etmə­sinin döv­lə­ti­mizin sərhəd təhlükəsizliyi məsələlərinə gös­­tər­diyi ali qayğının və diqqətinin göstəri­cisi olduğu bildirilmişdir.

Fəaliyyət göstərdiyi 11 il müddətində DSX Xüsusi Məktəbinə qəbul üçün müraciət sayının ilbəil artmasının tədris müəssisəsinin uğurlu fəa­liyyətinin, yeniyet­mələrdə sərhəd mühafi­zəsi sa­həsində hərbi təhsilə ma­rağın bariz göstəricisi olduğu qeyd olunmuş, Xüsusi Məktəbdə təhsil alan hər bir kursantın gələcəyin peşəkar zabiti, Vətənə layiqli övlad olacaqlarına əminlik ifadə edilmiş, onlara dərslərində müvəffəqiyyətlər arzulanmışdır.

Mərasim zamanı tədrisdə göstərdikləri yüksək nəticələrə görə məktəbin pedoqoji heyəti və kursantları mükafatlandırılmışdır.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin mədəniyyət mərkəzi tərəfindən kursantlar üçün konsert proqramı təşkil olunmuş, Xüsusi Məktəbin kollektivi ilə xatirə fotoşəkli çək­diril­mişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80