+
-
26.08.2022
26.08.2022, 14:34 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Avqust ayının 26-da saat 03:05-də “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Arazbarı kəndi yaxın­lığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 (bir) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunmuşdur.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, qeyd olunan ərazi qapadılmış və nəzarətə götürülmüşdür. Dövlət sərhədinin pozulması ilə əlaqədar keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 03:40-da sərhədboyu ərazidə gizlin yerdən naməlum əşya götürən bir nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb etmişdir.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxs hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılmışdır. Saxlanılan şəxsin Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Balakişiyev Zeynalabdin Fəxrəddin oğlu olması müəyyənləşdirilmiş, şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində 18 kq 385 qram narkotik vasitəyə bənzər maddələr (14 kq 755 qram “marixuana” və 3 kq 630 qram “tiryək”) aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw