25.08.2022, 12:47 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Avqust ayının 23-də saat 23:10-da “Astara” sərhəd nəzarət şöbəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Azərbaycana keçərkən İİR vətəndaşı 1981-ci il təvəllüdlü Babaei Kousalari Sadegh Samadin idarə etdiyi “Dong-Feng” markalı 38-D-43910 dövlət nömrə nişanlı yük avtomobilinə birgə baxış keçirilərkən nəqliyyat vasitəsinin salonunda gizlədilmiş təxmini çəkisi 15 kq 64 qram narkotik vasitəyə bənzər maddələr (4085 qram “metamfetamin”, 7800 qram “heroin”, 2129 qram “tiryək”, 1050 qram “marixuana”)920 qutu “KENT” markalı siqaretlər aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

  • 80
  • 80