+
-
12.06.2022
12.06.2022, 10:00 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

İyunun 11-də Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 15-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki kursant və müəllim heyətinə çatdırılmışdır.

Tədbirdə çıxış edənlər tərəfindən Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmış Dövlət Sərhəd Xidməti Akademiyasının ali təhsilli, dövlətçiliyimizə sadiq peşəkar sərhədçi zabitlərin yetişdirilməsində əhəmiyyətli rolu qeyd edilmişdir. Müasir elmi-tədris bazasına, yüksək ixtisaslı hərbi-pedaqoji heyətə malik  Akademiyanın uğurlu inkişaf yolu keçərək hazırda beynəlxalq səviyyəli tədris mərkəzinə çevrildiyi vurğulanmışdır.

Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 15-ci ildönümününAzərbaycan Sərhəd Mühafizəsi tarixinin şanlı dövrünə təsa­düf etdiyi xüsusi qeyd edilmiş, tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Ko­man­danı cənab İlham Əliyevin  rəh­bər­­liyi altında Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, müqəddəs savaşda Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tap­şı­rıq­larının layiqincə icra edildiyi, "Vətən Müharibəsi Qəh­rə­manı" adına layiq görülmüş sərhədçilər sırasında 4 hərbi qulluqçunun Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olması vurğulanmışdır. Tədbirdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş  qəhrəman övladların əziz xatirələri bir dəqiqəlik sükutla yad olunmuşdur.

Çıxışda dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistanla dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə dövlət sərhəd­lərimizin mühafizəsinə DSX Akademiyasının məzunu olan sərhədçi-zabitlərin öz önəmli töhfələrini verəcəklərinə, milli maraqlarımızın təmin edilməsi üzrə bütün tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olun­muşdur. 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw