+
-
13.05.2022
13.05.2022, 14:29 -“Vindzor Kral Atçılıq Şousu”nun birinci günündə Azərbaycan təmsilçilərinin çıxışı möhtəşəm olub.

12 may 2022-ci il tarixdə Böyük Britaniyada Vindzor qəsrinin ərazisində ənənəvi “Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycanın 70 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı baş tutub.

Azərbaycandan Britaniyayadək böyük yol qət etmiş 15 baş Qarabağ atının iştirakı ilə nümayiş etdirilən xüsusi şou proqram tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb.

5000 tamaşaçının tribunalardan və milyonlarla insanın ekran qarşısında canlı olaraq baxdığı 6 dəqiqəlik “Odlar yurdu” ta­ma­şasında süvarilərimizin atçapma məharətləri, eləcə də əsrarəngiz musiqimizin sədaları altında milli rəqslərimiz izləyiciləri valeh edib.

13-15 may tarixlərində Azərbaycan heyətinin daha 3 çıxışı nə­zərdə tutulur. Həmin tədbirlər İngiltərənin böyük izləyici kütləsinə malik televiziya kanal­larında və internet platformalarında canlı ola­raq təqdim olunacaqdır.

f tw