+
-
28.04.2022
28.04.2022, 14:42 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

28 aprel 2022-ci il tarixdə Dövlət Sərhəd Xidmətində görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibəti ilə tədbir keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda  Zərifə xanım Əliyevanın əziz xatirəsini böyük ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzmüşlər.

Dövlət Sərhəd Xidmətinin Aparatında davam edən tədbirdə dünya şöhrətli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilmiş, istedadlı alim, bacarıqlı pedaqoq, qayğıkeş ana olan Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verilmişdir.

Tədbirdə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə хanımın еlm üçün gözəl tədqiqatçı, övladlarına qayğıkеş valideyn olması qeyd edilmiş, onun keçdiyi həyat yolunun gənc xanımlarımızın formalaşması baxımından parlaq nümunə olması vurğulan­mışdır.

Zərifə xanımın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatların, qazandığı nailiyyətlərin, yaratdığı fundamental əsərlərin Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil etməsi, 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, göz xəstəlikləri üzrə elmi-tədqiqаt işlərinin dünyа oftаlmologiyа məkаnındа akаdemik Zərifə xanım Əliyevаya böyük şöhrət gətirdiyi barədə məlumat verilmişdir.

Tədbirdə “Elegiya-Görkəmli oftalmoloq Zərifə Əliyeva” sənədli filmi nümayiş etdirilmişdir.

 

                      Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw