+
-
06.04.2022
06.04.2022, 11:31 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir.   

06 aprel tarixində saat 00:20 radələrində Dövlət Dəniz və Liman Agentliyinin növbətçi operatoru və Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Lənkəran reydindən Salyan reydi istiqamətində hərəkətdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Əlif Hacıyev” elmi-tədqiqat gəmisinin kapitanının 3-cü köməkçisi 1992-ci il təvəllüdlü Hüseynov Ramazan Seyfi oğlunun səhhətinin qəflətən pisləşməsi barədə məlumat daxil olmuşdur.

Qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticə­sində “Astara” reydində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisinin itisürətli qayığı tərəfindən Salyan şəhər Təcili Tibbi Yar­dım Stansiyasının həkimi qeyd olunan əraziyə çatdırılmışdır.

İlkin tibbi yardımın göstərilməsindən sonra qeyd olunan şəxsin həkim nəzarəti altında DSX Sahil Mühafizəsinin gəmisinə keçirilməsi və sahilə təxliyəsi təmin olunmuşdur.     

 

     Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw