+
-
11.03.2014
11.03.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin Akademiyasında sərhədçi veteran general-leytenant İnayət Hidayət oğlu Xəlilovun anadan olmasının 75-ci ildönümü münasi­bəti ilə tədbir keçirilmişdir.

Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov çıxış edərək ömrünü dövlət təhlükəsizliyimizin təminatına, sərhədlərimizin etibarlı mühafizəsinin təşkili kimi şərəfli və məsuliyyətli işə həsr edən general-leytenant İ.Xəlilovu yubiley münasibəti ilə təbrik etmiş, ona xoş arzularını bildir­mişdir.Tədbirdə qeyd olunmuşdur ki, şərəfli xidməti boyu Vətən, xalq və dövlət qarşısındakı müqəddəs borcunu vicdanla yerinə yetirən general-leytenant İnayət Xəlilov bu gün böyük sərhədçi nəslinə əsl örnək və nümunədir.

Tədbirin sonunda  general-leytenant İnayət Xəlilov göstərilən diqqətə görə minnətdarlığını bildirmiş və gənc kursantlara öz tövsiyələrini vermişdir.

 

                                                        Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw