06.02.2022, 15:00 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Fevral ayının 6-da Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin yaradılmasının 15-ci ildönümü münasibəti ilə bayram tədbiri keçirilmişdir.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Gənclər və İdman Naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, dəvət olunmuş digər qonaqlar və qurumun şəxsi heyəti iştirak etmişlər. Mərasim iştirakçıları öncə hərbi hissənin ərazisində yaradılmış şəraitlə tanış olmuş, Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin xidməti fəaliyyəti ilə bağlı foto-sərgiyə baxış keçirmişlər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin ali qayğısı sayəsində ölkəmizdə idmanın bütün sahələrində olduğu kimi atçılıq idmanının da inkişafının xüsusi diqqət mərkəzində saxlanıldığı, Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” atçılıq mərkəzinin “Süvarilər” qrupunun, çövkən, konkur, polo komandalarının respublika üzrə və digər ölkələrdə keçirilmiş mötəbər tədbirlərdə, beynəlxalq yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edərək uğurlar qazandıqları qeyd olunmuşdur.

Ötən müddətdə “Sərhədçi” atçılıq mərkəzində beynəlxalq standartlara cavab verən ən müasir infrastrukturun yaradıldığı, xidməti heyvanların dövlət sərhədinin mühafizəsində istifadəsi üzrə qabaqcıl təcrübənin öy­rə­nilməsi və tətbiq olunması istiqamətində, eləcə də ölkəmizdə atçılıq idma­nının təbliği və inkişafında, idman istedadlarının üzə çıxarılmasında, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində mərkəzin uğurlu fəaliyyət göstərdiyi vurğulanmışdır.

Yubiley mərasimində Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri və “Sərhədçi” Mədəniyyət Mərkəzinin rəqs qrupu maraqlı reper­tuarla çıxış etmişlər. 

“Süvarilər” qrupu Qarabağ və Dilbaz atları üzərində qapalı manejdə xüsusi proqram nümayiş etdirmiş, açıq manejdə “Konkur” komandası nümunəvi çıxışlar etmiş, “Polo” və “Cövkən” komandalarının oyununa baxış keçirilmişdir.  

Yubiley tədbirinin sonunda mükafatlandırılma mərasimi keçirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80