+
-
12.12.2021
12.12.2021, 09:00 Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etmişlər.

Müasir dövlətçiliyimizin qurucusu olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyilmiş, məzarı üzərinə gül dəstələri qoyulmuşdur.  

Dövlət Sərhəd Xidmətinin ali zabit heyəti Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etmiş, məzarı üzərinə güllər düzmüşlər.

Anım günü münasibətilə Dövlət Sərhəd Xidmətinin aparatında keçirilmiş tədbirdə iştirakçılar öncə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində dahi şəxsiyyətin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən çoxsaylı foto-ekspozisiya ilə tanış olmuşlar.

Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edən tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azər­baycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərin­dən söz açmış, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiy­yətin hər bir Azər­bay­can vətən­daşının qürur mənbəyi olduğunu vurğulamışdır.

Həyat amalı Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin inkişafına xidmət olduğu Dahi Liderin mənalı ömrü boyu qüdrətli Azərbaycan yaratmaq uğrunda çalışdığı, dövlətçilik, azərbaycançılıq, vətənpərvər cəmiyyətin formalaşdırılması kimi tarixi missiyasını uğurla yerinə yetirdiyi, Ulu Öndərin təməlini qoyduğu ölkəmizin sosial-iqtisadi, siyasi, hər­bi yüksəliş strategiyasının Azərbaycan Respub­li­ka­sı­nın Prezidenti, Si­lahlı Qüvvə­lərin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, xalqımızın tarixi hədəflərinə qovuşma­sı, Və­tən müharibə­sində Böyük Zəfərin əldə olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa olun­duğu xüsusi qeyd edilmişdir.

Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş “Xilaskar ömrü” sənədli filmi nümayiş etdirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw